USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu fəaliyyət üçün 3 min manat dövlət rüsumu müəyyən edilir

05.12.2023 İqtisadiyyat
0 0
Ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyətlərə lisenziya verilməsinə görə dövlət rüsumları müəyyənləşir.

Kommersant.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyətin aşağıdakı növlərinə görə dövlət rüsumu tutulacaq:

Ödəniş təşkilatı fəaliyyəti - 2000 manat

Elektron pul təşkilatı fəaliyyəti - 3000 manat

Ödəniş sistemi operatoru fəaliyyəti - 2500 manat.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

  • Əvvəlki

    Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulmasına 6 milyon manat ayrıldı - SƏRƏNCAM

Digər xəbərlər