USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan nefti yenə ucuzlaşıb

18.07.2018 İqtisadiyyat
0 0
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 17-də 73,34 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,45 dollar dollar/barel azdır.

"Kommersant" bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 17-də 72,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,37 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 17-də 68,67 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,42 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 17-də 71,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,46 dollar/barel azdır.

  • Əvvəlki

    İtaliyanın xarici işlər naziri Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunub

Digər xəbərlər