USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanla Türkiyə arasında əmtəə dövriyyəsi 30 faizdən çox - ARTIB

21.12.2023 İqtisadiyyat
0 0
Türkiyə Azərbaycanın ikinci ən mühüm ticari tərəfdaşıdır və 2023-cü ilin 11 ayı ərzində iki ölkə arasında əmtəə dövriyyəsi 7,2 milyard dollara çatıb.

Kommersant.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə İnvestisiya Forumunun açılış mərasimində deyib.

"Ötən ilin analoji dövrü ilə müqayisədə artım 33 faiz olub. Türkiyəyə ixrac 52 faizdən çox artaraq 5,1 milyard dollar olub", - o deyib.

Qeyd edək ki, bu gün Azərbaycan-Türkiyə İnvestisiya Forumu başlayıb.

Forum çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları nəzərdən keçiriləcək, investisiya üzrə əməkdaşlıq sazişi və müqavilələri imzalanacaq.

Tədbirdə hər iki ölkədən dövlət qurumları və özəl sektoru təmsil edən 600-dən çox nümayəndə iştirak edir.

Forum çərçivəsində investisiya, ticarət, kənd təsərrüfatı, müdafiə sənayesi, "yaşıl" enerji, sağlamlıq turizmi sektorlarını əhatə edən panel sessiyalar keçiriləcək.

  • Əvvəlki

    Prezident İlham Əliyev Xocalı rayonunun Dağdağan kəndində olub

Digər xəbərlər