USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ pul köçürmələrini sürətləndirəcək

26.02.2024 İqtisadiyyat
0 0
Avropa İttifaqı (Aİ) ölkələri avro pul köçürmələrinin saniyələr ərzində həyata keçirilməsinə imkan verəcək qaydanı təsdiqləyib.

Aİ Şurası avro pul köçürmələri üçün "ani ödənişlər" qaydasının üzv dövlətlər tərəfindən qəbul edildiyini açıqladı.

Buna uyğun olaraq, ani ödəniş sistemi ilə avro pul köçürmələri həm eyni ölkə daxilində, həm də digər Aİ ölkələri arasında, hətta iş saatları xaricində də 10 saniyə ərzində həyata keçirilə bilər.

Banklar kimi ödəniş xidməti təminatçıları avro ilə ani “göndərmə” və “qəbul etmə” xidmətləri təklif etməlidirlər.

Bu maliyyə institutları tərəfindən əməliyyat üçün alınan komissiya standart kredit köçürmələri üçün tətbiq edilən komissiyadan yüksək ola bilməz.

Beləliklə, Avropada iqtisadiyyatın və maliyyə sektorunun strateji muxtariyyəti yaxşılaşdırılacaq, eyni zamanda üçüncü ölkənin maliyyə institutları və infrastrukturlarından həddindən artıq asılılıq azalacaq.

  • Əvvəlki

    “Baron” Ceykob Rotşild vəfat edir

Digər xəbərlər

03.07.2025 İqtisadiyyat
AMB bu MMC-yə müddətsiz lisenziya verib
0 0
03.07.2025 İqtisadiyyat
Gömrük yığımları azalıb
0 0