USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tesla ABŞ-ın ən dəyərli şirkətləri onluğundan çıxıb

07.03.2024 İqtisadiyyat
0 0
Tesla ABŞ-ın ən dəyərli şirkətləri reytinqində 11-ci yerə enib. ​.

Elektrikli avtomobillərin istehsalı üzrə ixtisaslaşmış Tesla şirkəti kapitallaşmaya görə ABŞ-ın ən böyük şirkətləri siyahısında 562,24 milyard dollar nəticə ilə 11-ci yerə düşüb. Bunu Amerikanın NASDAQ birjasının məlumatları sübut edir.

Martın 6-da keçirilən sessiyanın sonunda şirkətin kotirovkaları 2,32 faiz dəyər itirərək bir səhm üçün 176,54 dollara düşüb. Eniş tendensiyası martın 7-də də davam edib. Ticarət zamanı Tesla qiymətli kağızlarının qiyməti bir vahid üçün 175,03 dollara qədər ucuzlaşıb.

İlon Maskın şirkəti 10-cu yeri ödəniş əməliyyatları xidmətləri göstərən Visa-ya itirib. Sonuncunun qiymətli kağızlarının dəyəri martın 6-da keçirilən ticarətin yekunlarına görə 0,38 faiz artaraq 280,43 dollar təşkil edib. Nəticədə Visa-nın ümumi kapitallaşması 563,38 milyard dollar təşkil edib və Tesla-nı 1,14 milyard qabaqlayıb.

  • Əvvəlki

    “Sığortaçılarda korporativ idarəetmə standartları” mövzusunda seminar keçirilib

Digər xəbərlər

11.07.2025 İqtisadiyyat
Lirənin bu günə olan məzənnəsi
0 0
11.07.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
11.07.2025 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0