USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin ixracını kəskin artırır

11.03.2024 İqtisadiyyat
0 0
2024-cü ilin yanvar-fevral aylarında Çin ixracını 7,1 faiz artırıb.

2024-cü ilin yanvar-fevral aylarında Çindən ixrac kəskin artaraq illik 7,1 faiz təşkil edib. “İnterfaks” bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatlarına istinadən yazır.

İlin ilk iki ayında xaricə tədarük 528,01 milyard dollara yüksələ bilib. Çinə idxal eyni dövrdə 3,5 faiz artaraq 402,85 milyard dollara çatıb. Hər iki rəqəm, tədarüklərin müvafiq olaraq 1,9 və 1,5 faiz artacağını proqnozlaşdıran analitiklərin gözləntilərini üstələdi.

Çindən ixrac ən çox Kanada (12,7 faiz), Rusiya (12,5 faiz) və ASEAN dövlətlərinə (6 faiz) artıb. Eyni zamanda, Cənubi Koreya və Yaponiyaya tədarüklər müvafiq olaraq 9,9 və 9,7 faiz azalıb.

  • Əvvəlki

    Rusiyanın beynəlxalq ehtiyatları 2,8 milyard dollar azalıb

Digər xəbərlər