USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Amerikalı kripto-milyarder əsrin dörddə biri həbsxanaya göndərilib

28.03.2024 İqtisadiyyat
0 0
8 milyard dollar oğurlayan kripto-milyarder Sem Bankman-Frid 25 il müddətinə azadlıqdan məhrum edilib.

FTX birjasının müştərilərindən səkkiz milyard dollar oğurlamaqda təqsirli bilinən amerikalı kripto-milyarder Sem Bankman-Frid 25 il müddətinə azadlıqdan məhrum edilib, CNN xəbər verir.

32 yaşlı fintech superstarının vəkilləri altı il həbs cəzasının kifayət olduğunu və maksimum mümkün cəzanın 100 ildən çox olduğunu müdafiə etdilər. Nəticədə məhkəmə kompromis qərarı çıxararaq, əsrin dörddə biri cəzasını elan etdi.

Manhetten federal məhkəməsinin münsiflər heyəti daha əvvəl Bankman-Fried-i fırıldaqçılıq və sui-qəsddə təqsirli bilib. Özü də səkkiz maddə üzrə təqsirli olduğunu inkar edib.

FTX sürətlə pisləşən likvidlik böhranı səbəbindən 11 noyabr 2022-ci ildə ABŞ-da müflis olduğunu elan etdi. Birjanın çökməsi ən məşhur kriptovalyutaların dəyərinin çökməsinə səbəb oldu. Sərvəti 26,5 milyard dollardan çox qiymətləndirilən Bankmen-Frid şirkətin rəhbəri postunu tərk etmək qərarına gəlib. Dekabrda o, Baham adalarında saxlanılıb, ABŞ-a gətirilib və rekord məbləğdə 250 milyon dollar girov müqabilində sərbəst buraxılıb.