USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitkoin bahalaşıb

23.07.2018 İqtisadiyyat
0 0
Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti 8 min dollara yaxınlaşmaqdadır.

"Kommersant"ın Trend-ə istinadən məlumatına görə, kriptovalyutanın son qiyməti ötən həftə 7 min dollar həddini keçdikdən sonra bazar ertəsi 8 min dollara çatır.
"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 3,27% bahalaşaraq 7,644 min dollar təşkil edib.

Alternativ kriptovalyutalar da bahalaşıb. Belə ki, "Ethereum" 1,04% və ya 467,75 dollaradək bahalaşıb, "Ripple" 1,81% (0,46 dollara qədər), "Bitcoin Cash" 4,36% (821,35 dollaradək) bahalaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 288,4 milyard dollar təşkil edir və bunun 45,5 faizi bitkoinin payına düşür.

  • Əvvəlki

    İranda ardıcıl iki zəlzələ baş verib

Digər xəbərlər