Kanadanın Dalhousie Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, dünyada ən çox plastik çirklənməsinə səbəb olan markalar Coca Cola və PepsiCodur.
Kanadanın Dalhousie Universitetinin tədqiqatçıları dünyada ən çox plastik çirklənməsinə səbəb olan markaları araşdırıblar.
“Science Advances” jurnalında dərc olunan araşdırma 2018-2022-ci illər arasında 84 ölkədən plastik çirklənmə yoxlamaları və məlumatlardan istifadə etməklə hazırlanıb.
Araşdırmada tədqiq edilən tullantıların az qala yarısının "hansı şirkətin istehsal etdiyi"nin bəlli olmadığı bildirilərkən, mənbəsi müəyyən edilən tullantılarda Coca Cola və PepsiCo yüzdə 11 plastik çirklənməyə səbəb olan dünyaca məşhur markalar olaraq qeyd edilib.
Plastik çirklənməsinə səbəb olan qlobal brendləri sırasıyla 3 faizlə Nestle və Danone və yüzdə 2 ilə Altria izləyir.
Bu şirkətlər müəyyən edilmiş tullantıların demək olar ki, 25%-ni təşkil edir.