USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyada ƏDV artırılır

24.07.2018 İqtisadiyyat
0 0
Rusiya Dövlət Duması üçüncü oxunuşda Əlavə Dəyər Vergisinin (ƏDV) artırılması ilə bağlı qanun layihəsini qəbul edib.

Hökumətin təşəbbüsü ilə hazırlanan qanun layihəsinə əsasən, 2019-cu ilin yanvarın 1-dən Rusiyada ƏDV 20 faiz olacaq.

Qanun layihəsi Vahid Rusiya partiyası dəstəkləyib. Kommunist, Liberal və "Ədalətli Rusiya" partiyaları isə qanun layihəsinin əleyhinə səs veriblər.

Rusiya Maliyyə Nazirliyi hesab edir ki, ƏDV-nin 20 faiz təyin olunması 2019-cu ildə federal büdcəyə 633,5 mlrd. rubl, 2020 və 2021-ci illərdə müvafiq olaraq 678 mlrd. və 728 mlrd. rubl əlavə gəlir gətirəcək.

Qeyd edək ki, hazırda Rusiyada ƏDV 18 faizdir.

APA

  • Əvvəlki

    "Zərərlidir və cəriməsi var" - Kənd Təsərrüfatı Nazirliyindən - XƏBƏRDARLIQ

Digər xəbərlər