USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ukraynanın neft bazarı Azərbaycanın nəzarətinə keçir

24.07.2018 İqtisadiyyat
0 0
Ukrayna I yarımillikdə Azərbaycandan 214 mln.dollardan artıq məbləğdə neft idxal edib

Ukrayna 2018-ci ilin I yarısında Azərbaycandan 214,112 mln. dollar dəyərində neft idxal edib.

"Bu ilin yanvar-may aylarında Ukrayna 227,374 mln. dollar dəyərində 416,52 min ton neft idxal edib. 2017-ci ilin I yarısı ilə müqayisədə artım miqdar ifadəsində 3,3%, pul ifadəsində 24,4% təşkil edib. Azərbaycandan 214,112 mln. dollar, Əlcəzairdən 7,176 mln. dollar, İrandan 4,018 mln. dollar, digər ölkələrdən isə 2,067 mln. dollar dəyərində neft idxal olunub", - deyə "İnterfaks-Ukrayna" agentliyi Dövlət Fiskal Xidmətinə istinadən xəbər verir.

2018-ci ilin I yarısında Ukraynaya idxal olunmuş neftin 94,2%-i Azərbaycanın payına düşüb.

2017-ci ildə Ukrayna Azərbaycandan 376 milyon 877 min dəyərində neft idxal edib.

İnterfaks-Azərbaycan