Sumqayıt Kimya Sənaye Parkının ərazisində logistika mərkəzi yaradılacaq.
"Kommersant.az"ın Trend-ə istinadla məlumatına görə, bunu parkın baş direktoru Nazim Talıbov deyib. O qeyd edib ki, bununla bağlı layihə-smeta işləri artıq başa çatıb və yaxın zamanlarda mərkəzin yaradılmasına başlanılacaq. Logistika mərkəzi 10 hektar ərazini əhatə edəcək.