ABŞ prezidenti Donald Tramp növbəti dəfə FED sədri Cerom Paueli hədəfə alıb. Paueli hədəfə alan Tramp, faiz dərəcələri aşağı salınmasa, iqtisadiyyatın yavaşlaya biləcəyini söyləyib.
ABŞ Prezidenti Donald Tramp, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin faiz dərəcələrini aşağı salmayacağı təqdirdə iqtisadiyyatda yavaşlama ola biləcəyini bəyan edib.
Tramp Truth sosial media hesabında etdiyi paylaşımda FED sədri Paueli hədəf alıb.
Bir çoxlarının faiz dərəcələrində “öncədən azaldılması” çağırışları etdiyini qeyd edən Tramp, enerji xərclərinin və ərzaq qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü və bir çox digər “şeylər”in aşağı meyl göstərdiyinə baxmayaraq, “faktiki olaraq heç bir inflyasiya olmadığını” qeyd edib.
O, faiz dərəcəsinin aşağı salınmasını müdafiə edib:
"Bu xərclər gözəl şəkildə azalsa da, proqnozlaşdırdığım kimi, inflyasiya demək olar ki, yoxdur, lakin cənab Too Late, Big Loser, indi faiz dərəcələrini aşağı salmasa, iqtisadiyyatda yavaşlama ola bilər. Seçki dövründə yuxulu Co Baydenə və sonra Kamala kömək etmək üçün faizləri aşağı salmaqdan başqa, Pauell həmişə gecikib”.