USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qeyri-rezident maliyyə institutlarının “Visa” kartları ilə ödənişlər artıb

30.04.2025 İqtisadiyyat
0 0
Cari ilin birinci rübündə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “Visa” ödəniş kartları vasitəsilə əməliyyatların sayı 604,1 min ədəd, əməliyyatların həcmi isə 54,1 milyon manat olub.

Kommersant.az bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu “Visa” kartları ilə əməliyyatların sayı 111,4 min ədəd və ya 22,6%, əməliyyatların həcmi isə 7,4 milyon manat, yaxud da 15,8% artıb.

Belə ki, əvvəlki ilin eyni dövründə Azərbaycanda qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “Visa” ödəniş kartları vasitəsilə əməliyyatların sayı 492,7 min ədəd, əməliyyatların həcmi isə 46,7 milyon manat idi.

Qeyd edək ki, cari ili birinci rübündə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi bütün ödəniş kartları vasitəsilə əməliyyatların sayı 900,1 min ədəd, əməliyyatların həcmi isə 86,5 milyon manat olub.

Məlumat üçün bildirək ki, qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları Azərbaycanda qeydiyyatda olmayan (yəni xarici) maliyyə qurumları tərəfindən buraxılmış (emissiya olunmuş) bank kartlarıdır. Qeyri-rezident ölkədə daimi qeydiyyatda olmayan və ya xaricdə yerləşən hüquqi yaxud da fiziki şəxsdir.

  • Əvvəlki

    ABŞ: Biz bir ölkə ilə ticarət razılaşması əldə etmişik

Digər xəbərlər

30.04.2025 İqtisadiyyat
Lirə bu gün də ucuzlaşdı
0 0
30.04.2025 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0