Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 65,53 dollara satılır.
Ötən gün 65,43 dollara qədər bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 65,11 dollarla bağladı. Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 09:27-ə olan bağlanış qiyməti ilə müqayisədə təxminən 0,6 faiz artaraq 65,53 dollara çatıb. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 62,60 dollara alınıb.
Qiymətlərin qismən artmasına ABŞ və İran arasında davam edən nüvə danışıqlarının pozulması ilə bağlı narahatlıqlar təsir edib.
ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsinin büdcə iclasında İranın uranı zənginləşdirməyə imkan verməyəcək bir razılaşma əldə etməyə çalışdıqlarını, lakin belə bir razılaşmanın asan olmayacağını bildirib.
Rubio deyib ki, İrana qarşı tətbiq edilən bütün sanksiyalar bu ölkə ilə nüvə razılaşması əldə olunana qədər qüvvədə qalacaq.
Vaşinqton və Tehran arasında nüvə danışıqları prosesinin çətin keçəcəyinə dair məlumat axını neft tədarüklərində fasilələr olacağına dair gözləntiləri artırır və qiymətlərin yüksəlişini dəstəkləyir.