Azərbaycanın ən iri aktivlərə sahib olan dövlət bankı ABB-nin (Azərbaycan Beynəlxalq Bankı ASC) İdarə Heyəti sədrinin birinci müavini öz xahişi ilə vəzifəsindən ayrılır.
Hazırda bu vəzifə vakantdır. Beləliklə, sədrlə birlikdə İdarə Heyətinin üzvlərinin sayı altı nəfərə düşüb.
İlham Həbibullayev 30 ildir bank sektorunda çalışır. Karyerasına 1995-ci ildə başlayıb.
ABB-dəki son vəzifəsinə 2020-ci ilin martından indiki vəzifəyə təyin edilmişdi.
2010-2019-cu illərdə “Expressbank” ASC-də çalışıb: 2017-2019-cu illərdə icraçı direktor, 2010-2017-ci illərdə isə müavini olub.
2004-2010-cu illərdə “Unibank” ASC-də müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. Belə ki, 2004-2006-cı illərdə Layihələrin maliyyələşdirilməsi və sənədli əməliyyatlar bölməsinin rəhbəri, 2006-2010-cu illərdə isə Korporativ bankçılıq üzrə menecer vəzifələrində çalışıb.