USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ticarət gərginliyinin azalması neftin qiymətini qaldırıb

26.05.2025 İqtisadiyyat
0 0
Neft qiymətləri ABŞ prezidenti Donald Trampın Aİ Komissiyasının sədri Ursula fon der Leyenlə görüşündən sonra Aİ-yə 50 faizlik gömrük rüsumunun tətbiqi qərarını iyulun 9-na təxirə salmasından sonra bahalaşıb.

Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 64,46 dollara satılır.

Cümə günü 64,50 dollara kimi bahalaşan Brent markalı neftin barel qiyməti günü 64,45 dollarla bağladı. Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 09:10-a olan bağlanış qiyməti ilə müqayisədə 0,01 faiz artaraq 64,46 dollar olub. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 61,51 dollara alınıb.

Neft qiymətləri ABŞ prezidenti Donald Trampın Avropa İttifaqı ilə planlaşdırılan ikitərəfli tariflər üçün son müddəti uzatmasından sonra sürətləndi.

Tramp dünən Aİ mənşəli məhsullara tətbiq edilən 50% əlavə gömrük tarifinin başlama tarixini iyunun 1-dən iyulun 9-na təxirə saldığını açıqlayıb. Qərarın Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə telefon danışığından sonra qəbul edildiyi bildirilir. Görüş zamanı tərəflər qarşıdakı həftələrdə ticarət danışıqlarını intensivləşdirmək barədə razılığa gəliblər.

Mütəxəssislər bu qərarın qlobal iqtisadi sabitlik baxımından müsbət bir hadisə olduğunu və bunun da enerji tələbatının proqnozuna töhfə verdiyini bildirirlər.