ABŞ Çin qarşıdurmasının nəticələri özünü göstərməkdə davam edir.
"Kommersant.az" xəbər verir ki, beynəlxalq bazarda dollar güclənir. ABŞ Çinə qarşı yeni vergilər tətbiq etməkdə qərarlı kimi görünür.
Gərginliklərin artacağına dair ehtimallar isə artıq bazara öz təsirlərini göstərir. Belə ki, hazırda valyuta bazarında dollar bahalaşıb, avro isə son 5 həftənin ən aşağı qiymətində, 1,1585 səviyyəsində qərarlaşıb.