ABŞ Prezidenti Donald Trampın tarifləri LVMH, Hermes, Prada və Estee Lauder kimi lüks nəhənglərin təxminən 75 milyard funt sterlinq (96 milyard dollar) dəyər itirməsinə səbəb olub.
ABŞ prezidenti Donald Trampın aprel ayında açıqladığı tariflər qlobal lüks mallar sektorunda əhəmiyyətli dəyər itkilərinə səbəb olub.
96 milyard dollar itirdi
AJ Bell və Hargreaves Lansdown ticarət platformalarının təhlilinə görə, LVMH, Hermès, Prada və Estee Lauder daxil olmaqla 10 aparıcı lüks brend Trampın açıqlamasından sonra birlikdə 73,87 milyard funt-sterlinq (96 milyard dollar) itirib.
Çin və ABŞ istehlakçılarının ləng xərcləmələri, ticarət müharibəsinin yaratdığı qeyri-müəyyənlik ilə birlikdə sektorda satış perspektivlərini daha da zəiflətdi.
“Vergilər ağrılı olacaq”
Hargreaves Lansdown şirkətinin analitiki Susannah Streeter, "Yekun razılaşma həddindən artıq yüksək tariflər qorxusunu azaltsa da, Aİ ixracatına tətbiq edilən 15 faizlik tariflər hələ də ağrılı olacaq" dedi.