USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin həll yolunu açıqladı

04.08.2018 İqtisadiyyat
0 0
Çin ABŞ-la ticarət müharibəsinə həll yolu tapıb.

"Kommersant.az" xəbər verir ki, Çinin iqtisadiyyat naziri açıqlama verərək, ABŞ-la hər gün daha da gərginləşən ticarət müharibəsinin yeganə həll yolunun danışıqlar və qarşılıqlı anlaşma olduğunu bildirib.

Qeyd edək ki, cümə günü Çin hökuməti ABŞ-a cavab olaraq Birləşmiş Ştatlardan ixrac olunan 5207 adda məhsula 5%, 10%, 20%, 25% gömrük rüsumu tətbiq edəcəyini bildirib. Hansı ki, rüsumun ümumi məbləği təqribən 60 milyard dollara çatır.

Çin tərəfi "müharibə"ni davam etdirmək istəmədiyini, razılaşma əldə olunmasını istədiyini, amma ABŞ-ın etdiklərinin də cavabsız qalmayacağını bildirib.

  • Əvvəlki

    Bu ilin II rübündə bankların leverec əmsalı nə qədərdir? - Equity Multiplier ratio

Digər xəbərlər