USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Emil Quliyev, "Azersulfat" MMC və qanunsuz pərdəarxası əməllər - QISA İCMAL

15.10.2025 İqtisadiyyat
0 0
Bu yazı başlıqdan da gördüyünüz kimi oxuculara qısa icmal olaraq hazırlanıb. Yazıya yaxın günlərdə yazılacaq geniş yazının xülasə bölməsi kimi baxıla bilər.

"Azərsulfat" MMC-yə, "Chem Trade""Old Line Trading Company" MMC-yə rəhbərlik edən Emil Quliyev müəyyən maxenasiyalarla haqsız qazanclar əldə edərək ölkə xaricinə daşıyıb. Hazırda həbsdə olan Adnan Əhmədzadənin ittiham olunduğu maddələrdə sözügedən şəxsin kiçik də olsa, "əli var". Yaxın günlərdə dərc olunacaq yazının içində yer alacaq sənədləri yazıdan əvvəl müəyyən qurumlarla paylaşmağa hazırıq. Logistikada da ciddi nöqsanlara yol verərək əlavə gəlir əldə edən şirkətlərin Gürcüstanda fəaliyyət göstərən "Old Line Trading Company" MMC-yə qanundankənar logistika daşınmaları olub. Emil Quliyev qanuni təmsilçi olsa da, onun daha iki nəfər şəriki var.

2021-ci ilin yanvar ayında İqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərsulfat" MMC-ni Prezident İlham Əliyevə təqdim etmişdi. Ölkə başçısı zavodun təməlqoymasında da iştirak edib. Daha sonra sözügedən şirkət haqsız qazanclar əldə edib və daha sonra məcburi auditdən də yayınaraq cərimələnib.

Ölkə başçısı, prezident İlham Əliyevin "İctimai-nəzarət prossesi yavaş gedir. Qorxmayın, mənə siqnal göndərin" sözlərini rəhbər tutaraq bildiririk ki, yazının geniş versiyası yayılmazdan əvvəl də əlimizdə olan materialları, rəsmi yazışmaları və imzalı sənədləri müəyyən orqanlarla paylaşmağa hazırıq.