USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan nefti ucuzlaşıb

15.10.2025 İqtisadiyyat
0 0
İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,17 ABŞ dolları və ya 3,27% azalaraq, 64,11 dollar təşkil edib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,2 dollar və ya 3,4% ucuzlaşaraq 62,44 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,51 dollar və ya 2,92% azalaraq, 50,24 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,68 dollar və ya 2,61% azalaraq 62,58 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

  • Əvvəlki

    Kəmaləddin Heydərovdan Ramiz Mehdiyevin general oğlu ilə bağlı məsələyə - REAKSİYA

Digər xəbərlər