USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AccessBank: Rəqəmlərin arxasında gizlənən risklər

14.10.2025 Problemli Banklar
0 0
"Bank rəqəmlərdə" adlı hesabat açıqlayan "AccessBank"-ın 2025-ci ilin 9 ayı üzrə maliyyə hesabatında bankın maliyyə dayanıqlığı ilə bağlı ciddi suallar ortaya çıxıb. İlk baxışdan aktivlərin artımı müşahidə olunsa da, dərin təhlil göstərir ki, bu artım daha çox riskli istiqamətlər hesabına baş verib.

Kommersant.az xəbər verir ki, müştərilərə verilmiş kreditlərin həcmi 9 ay ərzində 1,151 milyard manatdan 1,297 milyard manata yüksəlib. Lakin əsas problem istehlak kreditlərinin sürətli böyüməsidir. Belə ki, bankın sözügedən kreditləri 9 ay ərzində 41 milyon manat və ya 12 faiz artıb. Bu isə bankın daha çox riskli və qeyri-zəmanətli kreditlərə yönəldiyini göstərir.

Daha da narahatedici məqam odur ki, mümkün zərərlər üçün yaradılmış ehtiyatlar 8 milyon artaraq 48,9 milyon manatdan 57 milyon manata çatıb. Yəni bank artıq indidən kreditlərin geri qaytarılmaması riskini etiraf edir.

Bundan başqa “AccessBank”ın borc yükü yəni öhdəlikləri də artıb. Əgər ötən ilin sonunda cəmi öhdəliklər 1,304 milyard manat idisə, 2025-ci ilin sentyabrına bu rəqəm 1,401 milyard manat olub. Ən çox artım kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərdədir. Yəni, “AccessBank” 9 ay ərzində 80 milyon 615 min manatlıq əlavə borc götürüb. Bu isə bankın özünü maliyyələşdirmək üçün xarici və daxili borclara daha çox möhtac olduğunu göstərir.

Depozit portfelinin strukturu təhlükə siqnalı verir

Depozitlərin həcmi az da olsa artsa da, hüquqi şəxslərin depozitləri 219 milyon manatdan 184 milyon manata enib. Yəni iri müştərilər (əsasən şirkətlər və investorlar) “AccessBank”-dan pullarını çıxarmağa başlayıblar. Bankı “xilas” edən yalnız əhalinin kiçik depozitləridir. Bu, bankın maliyyə etibarlılığına olan inamın zəiflədiyinə işarədir.

“AccessBank”ın öhdəliklər cəmindəki növbəti problem subordinasiya borçlarının 4 milyon 994 min manat və ya 22.7 faiz və ya 4 milyon 994 min manat azalaraq 17 milyon manata enməsidir. Yəni sözügedən bank uzunmüddətli dayanıqlığını təmin edən mühüm maliyyə alətlərini itirməkdədir.

Kapital “artımının” əsas səbəbi

“AccessBank”ın rəsmi hesabatda “kapital artımı” kimi təqdim olunan göstəricilər əslində, bankın artıq qazandığı mənfəəti bölüşdürməməsindən qaynaqlanır. Lakin rəqəmlərin təhlili göstərir ki, “AccessBank”-ın inkişafı sağlam bazis üzərində deyil, riskli kreditləşmə və borc götürmə üzərində qurulub.

Əgər bu tendensiya davam edərsə, yaxın illərdə bankın kredit portfelində problemli kreditlərin kəskin çoxalması, likvidlik böhranı və iri müştərilərin daha sürətli şəkildə bankdan çıxması ilə nəticələnə bilər.

AccessBank

2025 (III Rüb)

2024 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

1.619,588

1.485,294

134,294

Kredit

1.296,851

1.151,550

145,301

İstehlak kreditləri

280,307

239,142

41,165

Biznes kreditləri

995,797

901,880

93,917

Daşınmaz əmlak kreditləri

20,747

10,528

10,219

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

57,020

48,966

8.054

Xalis Kreditlər

1.239,831

1.102,854

136,977

Cəmi Öhdəliklər

1.401,450

1.304,136

97,314

Depozit

1.045,107

1.026,483

18,624

Fiziki şəxslərin depozitləri

860,755

807,482

53,273

Hüquqi şəxslərin depozitləri

184,352

219,001

-34,649

Cəmi Kapital

218,138

181,158

36,980

Səhmdar kapitalı

121,750

121,750

0

Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)

-

-

-

Bölüşdürülməmiş mənfəət

83,723

48,102

35,621

Ümumi ehtiyatlar

12,665

11,307

1.358

  • Əvvəlki

    “AccessBank”ın mənfəəti 14%-dən çox - AZALIB

Digər xəbərlər

17.01.2025 Problemli Banklar
"Express Bank" gəlirliyi azalıb - TƏHLİL
0 0