USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ramiz Mehdiyevə məxsus "Bank BTB" - BAĞLANACAQ?

15.10.2025 Problemli Banklar
0 0
Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevaya məxsus "Bank BTB" lisenziyasını itirə bilər.

Kommersant.az xəbər verir ki, dünən axşam saatlarında 4 aylıq ev dustaqlığı verilən sabiq Prezident Adminstrasiyasının rəgbəri Ramiz Mehdiyev bir neçə maddə ilə ittiham olunur. Maddələrdən biri də dövlətə xəyanətdir. Bu zaman ortaya sual çıxır ki, dövlətə xəyanət edən şəxs maddi işlərini "Bank BTB" üzərindən aparması da real görünür. Buna görə də bankın lisenziyası ciddi sual altında qalır.

Aldığımız məlumata görə, Ramiz Mehdiyevin həbsindən sonra əmanətçilər bankın filiallarına axın edərək öz pullarını qoruma məqsədli geri çəkirlər. Cari ilin 9 ayını 641 min manat zərərlə başa vuran bankın maddi sıxıntıları da artacağı göz önündədir. Buna görə də, istər siyasi istərsə də iqtisadi baxımdan bankın gələcəyi parlaq görünmür.

Qeyd edək ki, "Bank BTB"nin çətin keçirdiyi 9 aylıq hesabatı gün ərzində oxucularımıza təqdim ediləcək.