USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rabitəbankda risklər artır: Kredit ehtiyatları böyüyür, öhdəliklər isə kəskin yüksəlib

14.10.2025 Problemli Banklar
0 0
“Rabitəbank”ın 2025-ci il üzrə 9 aylıq hesabatı likvidlik və risk idarəçiliyi ilə bağlı ciddi suallar yaradıb. Bankın gələcəkdə dayanıqlılıq problemləri ola bilər.

Kommersant.az xəbər verir ki, “Rabitəbank”ın 2025-ci ilin 30 sentyabr tarixinə olan maliyyə göstəriciləri bankın strukturunda risklərin artdığını üzə çıxarıb. Bankın aktivləri ötən ilin sonuna nisbətən 13% artaraq 1 milyard 307 milyon manata çatsa da, bu artım əsasən kredit portfelinin genişlənməsi hesabına baş verib. Aktivlərdəki artımın əsasən kreditləşmə hesabına formalaşması isə Rabitəbankın maliyyə sabitliyinə əlavə təzyiqlər yaradır.

Müştərilərə verilmiş kreditlərin həcmi 9 ay ərzində 848 milyon manatdan 953 milyon manata yüksəlib. Xüsusilə istehlak və daşınmaz əmlak kreditlərində ciddi artım müşahidə olunur. Lakin kredit portfelinin genişlənməsi ilə yanaşı, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar da əhəmiyyətli dərəcədə artaraq 23,5 milyon manatdan 31 milyon manata qədər yüksəlib. Bu, bankın problemli kreditlərlə bağlı risklərinin böyüdüyünə işarə edir ki, buna görə də addımlar atılır.

Digər mühüm göstərici isə bankın öhdəliklərindəki artımdır. 2024-cü ilin sonunda 1 milyard 31 milyon manat olan ümumi öhdəliklər 2025-ci ilin sentyabr ayına 1 milyard 175 milyon manata çatıb.

Likvid vəsaitlər üzrə göstəricilərdə ciddi irəliləyiş müşahidə olunmasa da, balans strukturundakı dəyişikliklər bankın risk idarəçiliyi və likvidlik vəziyyəti ilə bağlı suallar doğurur. Bu kimi struktur dəyişiklikləri uzunmüddətli dövrdə bankın dayanıqlılığı üçün potensial problemlər yarada bilər.

Rabitəbank

2025 (III Rüb)

2024 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

1.307,337

1.154,465

152,872

Bloklaşdırılmış nağd vəsait

119,683

99,858

19,825

Kredit

953,150

848,092

105,058

İstehlak kreditləri

341,804

293,398

48,406

Biznes kreditləri

431,216

399,112

32,104

Daşınmaz əmlak kreditləri

180,131

155,582

24,549

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

31,055

23,520

7,535

Xalis Kreditlər

922,095

824,572

97,523

Cəmi Öhdəliklər

1.174,937

1.031,499

143,438

Depozit

792,913

677,219

115,694

Fiziki şəxslərin depozitləri

550,855

461,954

88,901

Hüquqi şəxslərin depozitləri

242,058

215,264

26,794

Cəmi Kapital

132,400

122,965

9,435

Səhmdar kapitalı

101,300

101,300

-

Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)

0

0

0

Bölüşdürülməmiş mənfəət

17,820

9,071

8,749

Ümumi ehtiyatlar

13,280

12,594

686

  • Əvvəlki

    AccessBank: Rəqəmlərin arxasında gizlənən risklər

Digər xəbərlər

17.01.2025 Problemli Banklar
"Express Bank" gəlirliyi azalıb - TƏHLİL
0 0