USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtobus idxalı 3 dəfə artıb, Azərbaycan 43 milyon dollara 478 yeni avtobus aldı

15.10.2025 İqtisadiyyat
0 0
2025-ci ilin yanvar-avqust aylarında ölkəyə 68 295 ədəd minik avtomobili, 5 369 ədəd yük avtomobili, 478 ədəd avtobus idxal olunub.

Kommersant.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu ilin 8 ayında Azərbaycana ümumilikdə 43 milyon 239 min dollar məbləğində avtobus idxal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3 dəfə çoxdur.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə gətirilən avtobuslarda 2.9 dəfə artım olub.