ABŞ Federal Ehtiyat Sistemi (FED) siyasət faiz dərəcəsini gözlənildiyi kimi 3,50-3,75 faiz səviyyəsində dəyişməz saxladı.
ABŞ Federal Ehtiyat Sistemi (FED) siyasət faiz dərəcəsini gözləntilərə uyğun olaraq 3,5-3,75 faiz səviyyəsində dəyişməz saxladı.
FED-in açıqlamasında ilin ilk iclasında qərarın 10-2 səslə qəbul edildiyi bildirilir.
Bəyanatda FED-in İdarə Heyətinin üzvləri Stiven Miran və Kristofer Uollerin 25 baza bəndi endirimini dəstəklədikləri üçün qərara qarşı səs verdikləri qeyd edildi.
Bəyanatda mövcud göstəricilərin iqtisadi fəaliyyətin "möhkəm tempdə" böyüməyə davam etdiyini, məşğulluq artımının isə aşağı səviyyədə qaldığı və işsizlik səviyyəsinin sabitləşmə əlamətləri göstərdiyi qeyd edildi.
Bəyanatda həmçinin inflyasiyanın bir qədər yüksək olaraq qaldığı qeyd edildi.