Bu ilin yanvar ayında Azərbaycana 8,250 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
Kommersant.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 min ABŞ dolları və ya 14,3% azdır.
Tütün və tütün məmulatları idxalı ölkənin bu ilin yanvar ayının ümumi məhsul idxalında 0,47% paya malik olub.
Eyni zamanda 2026-cı ilin yanvar ayında Azərbaycandan 2,256 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları ixrac edilib.
Məlumata görə, bu, ötən ilin eyni ayındakı göstərici ilə müqayisədə 693 min ABŞ dolları və ya 44,3% çoxdur.
Hesabat ayında sözügedən məmulatların ixracı ölkənin ümumi ixracının 0,10%-ni təşkil edib.
Dövlət Statstika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında ölkədə 83 milyon manatlıq tütün məmulatları istehsal edilib ki, bu da ötən ilin eyni ayındakı göstərici ilə müqayisədə 37,4% artım deməkdir.