USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda həyat sığortası ödənişləri 39% artıb

25.02.2026 İqtisadiyyat
0 0
Bu ilin yanvar ayında Azərbaycanda həyat sığortası növlərinin hesabına 61,290 milyon manat sığorta haqqı toplanılıb.

Kommersant.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 600 min manat və ya 1% azdır.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 11,4 milyon manat və yaxud 38,9% artaraq 40,915 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar ayında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 66,8 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 156,604 milyon manat məbləğində sığorta haqqı toplanıb.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 7,054 milyon manat və ya 4,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 62,012 milyon manat təşkil edib və illik ifadədə 14,389 milyon manat və ya 30,2% artıb.