Ötən il dövlət əmlakının özəlləşdirilməsi məqsədilə ümumilikdə 58 hərrac təşkil edilib, bu hərraclarda 1180 obyekt, səhmdar cəmiyyətlərinin səhm paketi və daşınar əmlak satılıb.
Kommersant.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 2025-ci il ərzində görülən işlər barədə hesabatında qeyd edilir.
Məlumata görə, ötən il hərraclar vasitəsilə özəlləşdirilmiş dövlət əmlakının ümumi satış qiyməti 13,1 mln. manatdan artıq olub.
Kiçik dövlət müəssisə və obyektlərinin satışı ilə bağlı ümumilikdə 53 hərrac keçirilmiş, 1168 əmlak (7 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili və 1160 nəqliyyat vasitəsi) satılıb, ümumi satış qiyməti 12.6 mln. manat təşkil edib. Səhmdar cəmiyyətlərinin səhm paketlərinin satışı üzrə 4 pul hərracı təşkil edilmiş və 8 ASC-nin səhm paketi satılıb.
Müsadirə edilmiş əmlakların satışı ilə bağlı 5 hərrac keçirilib və satılmış əmlakın dəyəri 1,6 mln. manat olub.