USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şamaxıda Qarabağ əlilləri və şəhid ailələri üçün yaşayış binası tikilir

19.08.2018 İqtisadiyyat
0 0
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şamaxı rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan və son tamamlama işlərinin aparıldığı 4 mərtəbəli, 36 mənzilli yaşayış binası ilə tanış olub.

Nazirlikdən "Kommersant.az"a verilən xəbərə görə, binanın həyətində və mənzillərdə sakinlərin rahatlığı üçün yaradılan şərait, eləcə də əlilliyi olan insanların maneəsiz hərəkət imkanlarına malik olması, mənzillərdə kommunal təchizat sistemlərinin keyfiyyətlə quraşdırılması üçün görülən işlər nəzərdən keçirilib.
Bildirilib ki, yaşayış binasındakı mənzillər Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan növbəlillik siyahısı əsasında Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin istifadəsinə veriləcək.
Həmçinin penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Qobustan rayonunda tikintisi başa çatmaqda olan 50 yerlik Sosial Adaptasiya Mərkəzində yaradılan şəraitə baxış olub. Mərkəzdə qeyd olunan şəxslərin sosial mühitə uyğunlaşdırılması, onlara hüquqi, psixoloji və s. yardımların göstərilməsi, qanuni mənafelərinin qorunması üçün aidiyyəti dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində işlər aparılacaq.
Burada onların əmək bazarına çıxışının asanlaşdırılması üçün peşə hazırlıqlarının təşkili üçün də müvafiq tədbirlər həyata keçiriləcək.

  • Əvvəlki

    Əmək müqaviləsi olmadan çalışmaq işçini gələcəkdə sosial təminatdan məhrum edir

Digər xəbərlər