USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın və Qazaxıstanın iş adamları görüşəcəklər

16.09.2018 İqtisadiyyat
0 0
Oktyabrın 1-də Qazaxıstanın Almatı, oktyabrın 4-də isə Çimkənt şəhərlərində Azərbaycan-Qazaxıstan iş adamlarının görüşü keçiriləcək.

"Kommersant.az" AZƏRTAC-a istinadən xəbər verir ki, görüş Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək.
Tədbirin məqsədi Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac potensialı və bu sahədə həyata keçirilən islahatlar, ixracın stimullaşdırılması, rəqabətqabiliyyətli və keyfiyyətli yerli məhsulların xarici bazarlara çıxarılması, habelə hər iki ölkənin iş adamları arasında əlaqələrin möhkəmləndirilməsi, Qazaxıstana ixrac imkanlarının genişləndirilməsidir. Görüşdə 30-dan çox azərbaycanlı iş adamı iştirak edəcək.
Qeyd edək ki, yerli məhsullarımızın ixracının dəstəklənməsi, həcminin genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Qazaxıstanın üç şəhərində - Aktauda, Astanada və Almatıda Azərbaycan Ticarət evləri açılacaq.

  • Əvvəlki

    Bu il Azərbaycanda istifadəyə verilmiş obyektlərin SİYAHISI

Digər xəbərlər