USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-da qasırğa qurbanlarının sayı 13 nəfərə qədər artıb

16.09.2018 İqtisadiyyat
0 0
ABŞ-da tüğyan edən "Florens" qasırğası qurbanlarının sayı 13 nəfərə çatıb.

"Kommersant.az"ın Trend-ə istinadən məlumatına görə, daha əvvəl 11 nəfərin öldüyü bildirilirdi.
Atlantik okeanında tüğyan edən "Florens" ABŞ sahillərinə cümə günü çatıb. Lakin sonra zəifləyib. Küləyin sürəti saatda 75 kilometri ötmür.

Təbii hadisənin tüğyan etdiyi yerlərdə daşqın təhlükəsi qalmaqdadır. Şimali və Cənubi Karolinanın 27 mindən çox sakini müvəqqəti sığınacaqlara yerləşdiriliblər. Minlərlə insan elektrik enerjisindən məhrum olub.

  • Əvvəlki

    İki qardaş xalqın sarsılmaz birliyi, Azərbaycan-Türkiyə əlaqələri ən yüksək zirvədədir

Digər xəbərlər