USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-dan 779 milyard dollarlıq büdcə kəsiri

16.10.2018 İqtisadiyyat
0 0
ABŞ-ın büdcə kəsri 2012-ci ildən bəri maksimum səviyyəyə çatıb.

"Kommersant.az" xəbər verir ki, ABŞ-ın büdcə defisiti 2018-ci maliyyə ilində 17% artaraq 779 milyard dollara çatıb. Bu yolla defisit ÜDM-yə nisbətdə 3,9% artıb. Bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və Ağ Evin inzibati-büdcə idarəsinin direktoru Mik Malveynin hesabatında deyilir.

Hesabatda eyni zamanda bildirilir ki, Donald Trampın hakimiyyətə gəlməsi ilə ölkədə 4 milyon iş yeri açılıb, əmək haqları 1,4%-dək artıb. Ümumi xərclər 3,2% artaraq,127 milyard dollara qədər yüksəlib. Ən çox müdafiə sənayesinə pul xərclənib-664,7 milyard dollar. Gəlirlər isə 1,4 % yüksələrək 14 milyard dollara çatıb.

Hesabata əsasən, büdcə kəsiri 2019-cu ildə də artaraq 981 milyard dollara çatacaq.

  • Əvvəlki

    Neft Fondunun aktivləri 9%-ə yaxın artıb - RƏQƏMLƏR

Digər xəbərlər