USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın ən səxavətli adamı seçildi

17.10.2018 İqtisadiyyat
0 0
"Forbes", Uorren Baffeti ABŞ-ın ən səxavətli adamı seçib.

"Kommersant.az"ın məlumatına görə, məşhur investor 2017-ci ildə 2,8 milyard dollar ianə edib. 2 milyard dollardan çox pulu isə Bill Qeyts və xanımı Melindanın xeyriyyə təşkilatına keçirib. U. Baffet eyni zamanda mərhum xanımı Syuzan Tomson Baffetin adına təsis etdiyi fonda da xeyli miqdarda maliyyə köçürüb.

"Forbes"in tərtib etdiyi siyahının ikinci yerində Bill və Melinda Qeyts, üçüncü pillədə isə Nyu-Yorkun keçmiş meri Maykl Blumberq qərarlaşıb.