USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu Avropa ölkələri acından ölür - SİYAHI

18.10.2018 İqtisadiyyat
0 0
Yoxsulluğun ən yüksək həddə olduğu ölkə Bolqarıstan, ən aşağı həddə olduğu ölkə isə Çexiyadır.

"Kommersant.az" dünya mediasına istinadən xəbər verir ki, Avropa Statistika Komitəsinin (Eurostat) yaydığı məlumata görə, Avropa Birliyinə (AB) üzv ölkələrin vətəndaşlarının 22,5%-i yoxsulluqdan əziyyət çəkir. Bu göstəricinin 23,3%-ni qadınlar, 21,6%-ni isə kişilər təşkil edir.

Hesablamalara görə, Bolqarıstanın 38,9%-ni, Rumıniyanın 35,7%-ni, Yunanıstanın isə 34,8%-ni yoxsul əhali təşkil edir. Yoxsulluğun ən aşağı olduğu ölkələr sırasında isə 12,2% ilə Çexiya, 15,7% ilə Finlandiya, 16,3% ilə isə Slovakiya yer alır.