USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Miqrantlar ABŞ-a buraxılmadı

26.10.2018 İqtisadiyyat
0 0
ABŞ prezidenti Donald Tramp ölkənin cənub sərhədlərini bağlamaq istəyir.

"Kommersant.az" xəbər verir ki, "The Washington Post"un məlumatına görə, Tramp cənubdan gələn miqrant axınının qarşısını almaq məqsədilə bu addımı atmaq fikrindədir. Hazırda ABŞ-ın Meksika ilə sərhədində 4 mindən çox miqrant gözləmə mövqeyindədir. Tramp, miqrantları Meksika prezidentinə müraciət edərək yaşayış yeri almağa çağırıb. ABŞ prezidenti bildirib ki, sərhədə hərbçilər göndərəcək.

Qeyd edək ki, Mərkəzi Amerikadan ABŞ-a miqrant axını xüsusilə 2010-cu ildən daha da artıb.