Rusiya, Qətərə qənnadı məmulatlarının ixracına başlayıb.
"Kommersant.az" xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndəsi Yuliya Melano jurnalistlərə açıqlamasında bildirib:
"İxrac olunan məhsulun həcmi 16 ton təşkil edib", - Melano qeyd edib.
Şirniyyat bazarının araşdırılması Mərkəzi isə bir müddət əvvəl məlumat vermişdi ki, 2018-ci ilin yanvar-mayında Rusiya, şirniyyat məhsulları ixracında rekord nəticə əldə edib-177, 3 ton. Ekspertlər isə satışın Çin və Azərbaycan hesabına daha da artacağını bildirib.
Qeyd edək ki, Rusiya şirniyyat məhsullarını 70-ə qədər ölkəyə-Monqolustandan başlayaraq Çili, Yeni Zelandiya və Afrika ölkələrinə ixrac edir. Məhsulların əsas alıcıları isə Belorus və Mərkəzi Asiya ölkələridir.