USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İş müsahibəsinə gedərkən bunları etməyin

09.11.2018 İqtisadiyyat
0 0
Müsahibə mərhələsi sizi işə aparan yol olduğundan burada daha diqqətli olmaq lazımdır.

"Kommersant.az" xəbər verir ki, iş tapmağın çətin olduğu bir vaxtda işə çağrılmısınızsa, bunları edərək şansınızı itirməyin. Belə ki, iş üçün göndərdiyiniz CV qəbul olunubsa, növbəti mərhələdə müsahibəyə çağrılacaqsınız. Müsahibə prosesi isə işə qəbul olunub-olunmayacağınızı həll edən əsas mərhələdir. Bu mərhələdə sadalayacaqlarımıza diqqət etməyiniz məsləhətdir.

1) Şirkətlər işə götürəcəkləri insanın onlar haqqında geniş məlumata sahib olmalarına üstünlük verir. Bu səbəbdən görüşdən əvvəl çağrılan yer haqda ətraflı məlumat toplamağınız məsləhətdir;

2) Diqqət çəkmək üçün səs-küy yaratmayın;

3) Müsahibə zamanı siqaret çəkmək və ya müsahibədən öncə spirtli içki qəbul etmək mənfi haldır;

4) Təmiz və baxımlı olun;

5) Gecikməyin;

6) Müsahibəyə başlamazdan əvvəl gözləmə otağında telefonla oynamayın;

7) Yersiz səmimiyyətdən uzaq olun.