"Kommersant.az" xəbər verir ki, "Ria Novosti"nin məlumatına görə, ekspertlər hesab edir ki, gecə işləyən insanlarda xərçəngə tutulma riski artır. Bu hal tibb bacılarında 40%, stüardessalarda isə daha çox, 70%-dəkdir. Həkimlərin fikrincə, qaranlığın düşməsi ilə insan orqanizminin hüceyrələri gecə rejiminə keçir. Proses genetik mexanizm vasitəsilə idarə olunur. İnsan əgər gecə işləyib günorta yatırsa, onda gündəlik bioritm pozulur.
Dünya Sağlamlıq Təşkilatının məlumatına görə də, növbəli iş qadınlarda süd vəzi xərçənginin yaranmasına şərait yaradır.