USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aparıcılar pulsuz işləyəcək

09.11.2018 İqtisadiyyat
0 0
Çində dünyada ilk dəfə olaraq virtual aparıcı nümayiş etdirilib.

"Kommersant.az" xəbər verir ki, süni intellekt əsasında ərsəyə gətirilən kiberjurnalistin təqdimatı, Çinin Çjetzyan əyalətində keçirilən İnternetin idarə olunması üzrə beynəlxalq konfransda baş tutub.

Məlumata görə, təqdim edilən holoqram tanınmış jurnalist Çyu Xaonun xarici görkəmi və səsinin bazasında yaradılıb. Virtual aparıcının prototipi isə istənilən şəxs ola bilər. Aparıcının çəkildiyi videonu proqrama yükləməklə, o, Çyu Xaonun mimika, jest və obrazını təkrarlayacaq. Virtual aparıcı üçün qrim, studiya, səs operatoru tələb olunmur.

Ən əsası isə o, istirahətsiz və pulsuz 24 saat işləmək qabiliyyətinə malikdir.

  • Əvvəlki

    Türkiyədə telefon biznesinə ağır zərbə

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0