Qeyd edək ki, "Skal İnternational" Turizm Peşəkarları Təşkilatı 1932-ci ildə Parisdə yaradılıb və hazırda dünya üzrə 84 ölkədə fəaliyyət göstərən 357 klubda 15 min üzvü var. Bu klublardan biri də Azərbaycanda olan Skal İnternational Baku Klubudur. Təşkilatın əsas məqsədi beynəlxalq səviyyədə qlobal turizmi, dostluğu, turizmdə əlaqələrin qurulması və peşəkar fəaliyyəti təbliğ etməkdir.
Bakıda turizm tədbiri keçirilir
Bakıda Azərbaycan Turizm Peşəkarları Assosasiyasının (Skal İnternational Baku) təşkilatçılığı ilə "TMW - Tourism Meetup & Workshop" adlı turizm tədbiri keçirilir.
"Kommersant.Az" xəbər verir ki, tədbir Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin müddəalarını rəhbər tutaraq təşkil olunub.
Əsas mövzusu "Turizm məhsulu, yeni imkanlar, bazarlar və müasir trendlər" olan tədbirin keçirilməsində əsas hədəf turizm sənayesinin inkişafı, satışların stimullaşdırılması, effektiv turizm strategiyası istiqamətlərinin müəyyən olunması, turizm sahəsi üzrə ixtisaslaşan mütəxəssislərin və biznes sahiblərinin qarşılıqlı fikir mübadiləsi aparması üçün şərait yaratmaqdır.
Tədbir 3 paneldən ibarət olmaqla, 12 yerli və xarici tanınmış spikerin məruzə və təqdimatları ilə reallaşdırılır.
Hazırda "Turizmin ölkə iqtisadiyyatında rolu", "Turizm bazarında yeni trendlər və marketinq siyasəti" və "Turizm bazarında imkanlar, yeni bazarlar" panelləri üzrə iş davam etdirilir.
Əsas devizi "Kəmiyyətdən keyfiyyətə" olan tədbirdə Ceyhun Aşurov "Skal İnternational" Turizm Peşəkarları Təşkilatının Skal İnternational Baku Klubunun yeni prezidenti seçilib.
Tədbirdə bir sıra dövlət və özəl təşkilatlar, Milli Məclisin Sosial siyasət komissiyasının üzvü İlham Məmmədov, Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Anar Eminov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli, Turizm sənayesinin iştirakçılarından olan otellər, qidalanma müəssisələri, turizm nəqliyyat şirkətləri, turizm şirkətləri, bələdçilər, turizm peşəkarları, sahibkarlar, əlaqədar digər biznes sahibləri, şirkətlər və təşkilatlar iştirak edir.