USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Milli Məclisə ayrılan vəsait artırılmalıdır” - Siyavuş Novruzov

15.11.2018 İqtisadiyyat
0 0
“Büdcədən Milli Məclisə ayrılan vəsait daha da artırılmalı, parlamentin adından hazırlanan sənədlərlə bağlı ayrıca şöbə yaradılmaldır”.

Bunu deputat Siyavuş Novruzov "Milli Məclisin xərclər smetası haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib. O bildirib ki, Milli Məclisin adından xarici dillərdə sənədlər hazırlanır: "Onların hazırlanması üçün rus dilli, ingilis dilli mütəxəssislər cəlb olunmalıdır. Çünki, Milli Məclisə bəzən qanunlar, müqavilələr bərbad gəlir. Bu baxımdan dilləri bilən mütəxəssislər yığışıb buradan gedən sənədlərin mükəmməl olmasını təmin etməlidirlər".

Milli Məclisdə sosioloji sorğu mərkəzinin yaradılmasını təklif edən S. Novruzov əvvəllər belə bir şöbənin fəaliyyət göstərdiyini dilə gətirib: "Prezident İlham Əliyev Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirir. Amma biz fəaliyyətimizlə bağlı ictimaiyyətin münasibətini bilmirik. Heç olmasa ayda 1 dəfə mərkəz tərəfindən sorğu keçirilməli, ictimaiyyətin fikri öyrənilməlidir. Dünya təcrübəsində bütün konqreslərdə bu cür mərkəzlər fəaliyyət göstərir, təhlillər həyata keçirilir"

Deputat həmçinin çıxışı zamanı Milli Məclisə xarici ezamiyyələrlə bağlı ayrılan vəsait artırılmasını da təklif edib: "Bundan əlavə, Milli Məclisin əməkdaşlarının da əmək haqqları artırılmalıdır. Çünki, onlar gecə-gündüz işləyir, gündəlik gələn qonaqları, ayrı-ayrı parlament üzvlərini sənədləri, yerləşdirilməsi məsələsilə məşğul olurlar. Bu sahədə çalışanlar əziyyət çəkir və onlar da öz bəhrələrini görməlidirlər" .

qafqazinfo

  • Əvvəlki

    "Bank of Baku" qara siyahıdan çıxacaq

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0