ABŞ Fətullah Güləni Türkiyəyə verir

15.11.2018 İqtisadiyyat
Ağ Ev Fəthullah Gülənin ABŞ-dan ekstradisiyasının yollarını öyrənir.

"Kommersant.az"ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "NBC" telekanalına hökümətdəki mənbələr bildirib.

Məlumata əsasən, prezident Donald Trampın administrasiyası ümid edir ki, F.Gülənin ekstradisiyası Türkiyə ilə ABŞ-ın münasibətlərini yaxşılaşdırmağa kömək edəcək. Beləlilə, Vaşinqton İstanbulda səudiyyəli jurnalist Camal Xaşkacinin ölümü ilə əlaqədar Səudiyyə Ərəbistanı ilə diplomatik qarşıdurmada Türkiyə rəhbərliyinin daha mülayim mövqe tutacağına ümid edir.

"NBC"nin məlumatına görə, Ağ Ev Gülənin ABŞ ərazisindən "ləğv" edilməsinin imkanlarını öyrrənmək üçün müxtəlif idarələri müraciət edib.

Qeyd edək ki, F.Gülən Türkiyədə çevrilişə cəhd etməkdə təqsirləndirilir. F.Gülən Türkiyədə bir neçə böyük şirkət və bank sahibidir.