USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putindən Həbibə inanılmaz jest - İLK DƏFƏ AÇIQLANDI

23.11.2018 İqtisadiyyat
0 0
Rusiya prezidenti Vladimir Putinin UFC çempionu Həbib Nurməhəmmədovla görüşünün detalları məlum olub.

"Kommersant.az" Rusiya KİV-inə istinadən xəbər verir ki, oktyabrın 10-da keçirilən görüşün detalları barədə UFC çempionu haqqında avtobioqrafiya kitabının həmmüəllifi Zaur Qurbanov "Sport24"-ə danışıb.

Putin Həbibin atasından irlandiyalı Konor Makqreqorla döyüşdən sonra baş verən qalmaqala görə oğlunu cəzalandırmamağı istəyib.

Zaurun sözlərinə görə, idmançı prezidentlə görüşün gedişatında karyerasını ciddi təhlükə qarşısında qoyan xoşagəlməz hadisədən danışıb. Putin Həbibi dinləyib və onu dəstəkləyərək etiraf edib ki, incikliyini anlayır. Lakin Rusiya prezidenti Həbibdən daha təmkinli olmağı və idmanın etik qaydalarına riayət etməyi xahiş edib.

Qurbanovun sözlərinə görə, Putin Nurməhəmmədova xüsusi telefon nömrəsini verərək praktik dəstəyini nümayiş etdirdi.

"Bu, sənin istənilən vəziyyətdə zəng vura biləcəyin nömrədir", - Rusiya lideri deyib.

O həmçinin idmançını "başını dik" saxlamağa çağırıb.

Qeyd edək ki, oktyabrın 6-da ABŞ-da UFC 229 turnirində Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında döyüş keçirilib. Rusiyalı idmançı irlandiyalı rəqibini məğlub edərək yüngül çəkidə çempionluq titulunu qoruyub.

  • Əvvəlki

    Bakıya giriş-çıxış bağlandı - SƏBƏB

Digər xəbərlər