“Azəriqaz” “ASAN Xidmət” vasitəsi ilə xidmət etdiyi isthlakçıların – SAYINI AÇIQLADI
.jpg)
14.05.2018
İqtisadiyyat
0
0
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
"Azəriqaz"dan verilən məlumata görə, bu ilin dörd ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı "ASAN Kommunal", 4, 5 saylı "ASAN xidmət" mərkəzlərinə və "ASAN səyyar" xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ, Quba, Mingəçevir, həmçinin Gəncə şəhərində yerləşən "ASAN xidmət" mərkəzlərinə ümumilikdə 74 488 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin olunub.
İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.
Digər xəbərlər

15.10.2025
İqtisadiyyat
Emil Quliyev, "Azersulfat" MMC və qanunsuz pərdəarxası əməllər - QISA İCMAL
0
0

15.10.2025
İqtisadiyyat
Palata iki audit şirkətinin lisenziyasını ləğv edib, ikisinə yeni lisenziya verib
0
0

15.10.2025
İqtisadiyyat
Avtobus idxalı 3 dəfə artıb, Azərbaycan 43 milyon dollara 478 yeni avtobus aldı
0
0

15.10.2025
İqtisadiyyat
Ticarət Müharibəsində Yeni Akt: Çin ABŞ Gəmilərindən Liman Haqqları Toplama Başlayır
0
0