SOCAR - ın işçisi dənizə düşərək - ÖLDÜ

15.02.2019 Energetika
MPK-460” gəmisi "28 May” NQÇİ-nin 19 saylı dərin dəniz özülündən yük qəbul edərkən 4-cü dərəcəli takelajçısı Hüseynov Ağazaman Əlqardaş oğlu gəminin yırğalanması nəticəsində müvazinətini itirərək dənizə düşüb.

"Kommersant.az"ınməlumatına görə, suya atılan xilasetmə dairələrini tuta bilməyən A.Hüseynov "Nefteqaz-62” gəmisindən suya endirilmiş qayıq vasitəsilə sudan çıxarılıb.

Gəmidə olan heyət tərəfindən A.Hüseynova ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, onun öldüyü məlum olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Trend

  • Əvvəlki

    Bankların depozitlər üzrə orta faiz xərclərinə görə sıralaması - RENKİNQ

Digər xəbərlər