“İHS Markit” şəbəkəsinin təşkilatçılığı ilə keçirilən “CERAWeek” adlı enerji məsələlərilə bağlı illik toplantıda şirkətin prezidenti Vahid Ələkbərov bildirib ki,"Rusiyanın “LUKoil” şirkəti Özbəkistanın şimal-qərbində nəhəng enerji sahəsinin araşdırılmasına dair saziş imzalayıb".
"Şirkət Qəndımda və Hisarda iki iri layihəni işə salıb. Bu il 16 milyard kubmetrlik qaz hasilatına nail olacağıq. Həmin yataqlar mürəkkəbdir, yüksək miqdarda hidrogen sulfidi var. Bütün texniki və texnoloji məsələləri həll etmişik", – "LUKoil" rəhbəri deyib. O, həmçinin əlavə edib ki, şirkət Özbəkistanın şimal-qərbində, Qaraqalpakıstan ərazisində nəhəng sahənin tədqiqinə dair saziş imzalayıb: "Qarşıdakı layihələrimizin sürətli inkişafı üçün həmin ərazidə kəşflər olacağına ümidvarıq. Orada hələlik kordinat yoxdur, "Özbəkneftqaz"la müştərək çalışmalar üçün böyük sahədir. Həmin sahədə kamera tədqiqatlarına başlamışıq".Qəndım layihəsindəki qazın bir hissəsinin əvvəlcə ixrac olunmasının nəzərdə tutulduğunu diqqətə çatdıran V.Ələkbərov qazın endirimli qiymətə Özbəkistana tədarükünə dair bu ölkənin hökuməti ilə saziş imzaladıqlarını söyləyib və "LUKoil"un zərərini açıqlamayıb.