Səudiyyə Ərəbistanı OPEC+ sazişindən çıxmaq niyyətində deyil

30.04.2019 Energetika
Səudiyyə Ərəbistanı OPEC+ sazişində qalacaq və öz neft hasilatı limitini üstələməyəcək.

“Kommersant.az” Report-a istinadən xəbər verir ki, belə bir bəyanatla Səudiyyə Krallığının enerji, sənaye, təbii sərvətlər naziri Xalid əl-Falih çıxış edib.

Onun sözlərinə görə, Ər-Riyad istehlakçılara güzəştə getməyə və İran neftini öz nefti ilə daha artığı ilə ödəməyə hazırdır.

“Mən bütün bu müraciətləri təmin etmək niyyətimizi təsdiqləyirəm. Biz buna getməyə hazırıq, ancaq eyni anda da OPEC+ sazişini çərçivəsində də qalacağıq və ona riayət edəcəyik. Bizim orada qeyd edilən limitləri (məhdudiyyətləri) könüllü şəkildə üstələməyə ehtiyacımız yoxdur",- əl-Falih vurğulayıb.

Qeyd edək ki, Əl-Falihin bu sözləri ABŞ Prezidenti Donald Trampın bəyanatına reaksiya olub. Bundan öncə ABŞ lideri bildirib ki, Birləşmiş Ştatlar guya OPEC ölkələri ilə “qiymətlərin aşağı salınması” ilə bağlı razılığa gəlib.

Xüsusilə də Tramp Səudiyyə Ərəbistanı ilə belə bir addımın atılmasına hazır olduqlarını qeyd edib.

  • Əvvəlki

    SOCAR açıqladı: Gürcüstana 493 mln. kubmetr təbii qaz ixrac edilib

Digər xəbərlər