USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərişıq” güclü küləklə bağlı əhaliyə müraciət etdi

04.02.2020 İqtisadiyyat
0 0
Azərbaycanın bir sıra regionlarında güclü küləyin əsməsi "Azərişıq” ASC-ni qabaqlayıcı tədbirlər həyata keçirməyə vadar edib.

Bu barədə "Kommersant.az"a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, hazırda ölkə üzrə elektrik enerjisi təchizatında heç bir problem yoxdur:

"Bu gecədən etibarən ölkənin bir sıra dağlıq və dağətəyi regionlarında güclü külək əsməyə başlayıb. Bu küləklər xüsusən də Gədəbəy, Tovuz, Lerik və Şamaxı rayonlarında mövcuddur. Bu səbədən də "Azərişıq" baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür.

Hazırda ölkəmizin heç bir yerində elektrik enerjisi təchizatında problem yoxdur. İstehlakçılardan xahiş edirik ki, qarşılaşdıqları hər hansı çətinliklə bağlı "Azərişığ"ın 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzinə müraciət etsinlər".

  • Əvvəlki

    Baş nazirdən hüquqi yardımla bağlı vəsait ödənilməsi qaydası haqqında - QƏRAR

Digər xəbərlər